новруз сочиние на азарбайджском

Ответы

Ответ дал: eska27041985
0

Ответ:

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı!Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur.

Novruz «təzə il» deməkdir, baharın ilk günüdür.Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır.

Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir,səməni qoyurlar.

El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar.

Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər-od, torpaq, su və havaya (yelə) həsr olunur.

Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər.

Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.

Вас заинтересует